“Kiberbullinq” mövzusunda marifləndirici təlim keçirilib
Dekabrın 9-da “Məktəblinin dostu” layihəsi və 76 nömrəli məktəbin birgə təşkilatçılığı ilə layihənin Psixoloji Mərkəzinin psixoloqu Yuliya Bayramova tərəfindən şagirdlər üçün “Kiberbullinq” mövzusunda marifləndirici təlim keçirilib.
Təlim zamanı psixoloq Yuliya Bayramova bullinqlə mübarizə, uşaqlar üçün kibertəhlükəsizlik qaydaları, fərdi məlumatların mühafizəsi, sosial mediadan istifadə qaydaları haqqında danışıb, kibertəhlükələrdən qorunmaqla bağlı faydalı məlumatlar verib.