Şəhidin anım gününə həsr olunmuş sinif təşkilat saatı keçirilib

Dekabrın 6-da 76 nömrəli tam orta məktəbin 2 ç sinif müəllimi Afət Mustafayevin təşkilatçılığı ilə 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medallarına layiq görülmüş şəhid Mehdiyev Surxay Zülfi oğlunun anım gününə həsr olunmuş sinif təşkilat saatı keçirilib.

Məqsəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqi, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsi, Vətən müharibəsində canlarından keçmiş Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və şagirdlərdə vətənpərvərlik hislərinin gücləndirilməsidir.

Dövlət Himnimizin səsləndirilməsi ilə başlanan sinif saatında şəhidin keçdiyi həyat yolu haqqında məlumat verilib, döyüş yolunu əks etdirən videoçarx, məktəblilərin hazırladığı kompozisiya nümayişi olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi