Valideyin iclası keçirilib

Noyabrın 28-də Fəaliyyət planına uyğun olaraq məktəb rəhbərliyi və 5-11-ci sinif valideynlərinin iştirakı ilə iclas keçirilib.

Görüşdə əsas məqsəd təhsil prosesinə valideynlərin cəlb edilməsi, ictimaiyyət arasında şagird - davranış qaydaları haqqında maarifləndirmə işinin gücləndirilməsi və valideyn məsuliyyətinin artırılmasıdır.

İclası giriş sözü ilə açan məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Bahar Həsənova və Aidə Eyvazova günün ən aktual məsələlərinə toxunub və şagird davranış qaydaları haqqında ətraflı məlumat verib.

Bundan başqa qeyd edib ki, məktəb - valideyn əlaqəsinin möhkəm olması uğurlu gələcəyimizin təminatıdır.

Sonda valideynlərin fikirləri, rəy və təkliflər dinlənilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi