"Erkən nikaha yox deyək" mövzusunda maarifləndirici tədbir keçirilib

27.11.2024 cü il tarixdə məktəbin psixoloqu Yeganə Cabbarova və sosial pedaqoq Aybəniz Heydərova tərəfindən VII-VIII-IX sinif şagirdlərinin iştirakı ilə "Erkən nikaha yox deyək" mövzusunda maarifləndirici tədbir keçirilib.

Maarifləndirmə tədbirinin məqsədi erkən nikah, onun fəsadları haqqında geniş məlumat vermək və şagirdlərlə fikir mübadiləsi aparmaqdır.

Tədbirdə mövzuya uyğun videoçarx nümayiş etdirildi. Daha sonra şagirdlərə erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi, onların təhsilinə, psixologiyasına, bir fərd kimi inkişafına nə kimi mənfi təsirlər göstərməsi izah edildi. Erkən nigah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Hazırda ölkəmizdə bu məsələnin nəzarətdə saxlanılması və həll edilməsi üçün ciddi normativ hüquqi baza mövcuddur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi