Sinif rəhbərləri və metodbirləşmə sədrləri ilə görüş keçirilib

Noyabrın 23-də Fəaliyyət planına uyğun olaraq məktəb rəhbərliyi, sinif rəhbərləri və metodbirləşmə sədrlərinin iştirakı ilə iclas keçirilib.

Məqsəd ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək, istedadlı şagirdlərin üzə çıxarılması yollarını müzakirə etməkdir.

İclasda qarşıda duran vəzifələr, müəllimlərin peşə keyfiyyətlərinin, onların yaradıcı potensialının aşkar edilməsi, metodiki işlərin dəqiq planlaşdırılması məsələləri müzakirə olunub, müəllimlərə müvafiq təlimatlar verilib. Şagird davranış qaydalarına aid müzakirələr aparılıb.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi