İbtidai sinif müəllimlərinin iştirakı ilə metodbirləşmə iclası keçirilib

Noyabrın 22-də Fəaliyyət planına uyğun olaraq məktəbin direktoru Şəfəq İbişova təlim-tərbiyə işləri üzrə direktor müavini İlahə Fərmanlı və fənn metodbirləşmə sədri Nairə Yakubovanın təşkilatçılığı ilə ibtidai sinif müəllimlərinin metodbirləşmə iclası keçirilib.

Məqsəd ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək, istedadlı şagirdlərin üzə çıxarılması yollarını müzakirə etməkdir.

İclasda ibtidai siniflər aylığı çərçivəsində  görüləcək  işlər, ibtidai sinif şagirdləri arasında aparılmış monitorinqin nəticələri, müəllimlərin peşə keyfiyyətlərinin, onların yaradıcı potensialının aşkar edilməsi, metodiki işlərin dəqiq  planlaşdırılması  məsələləri müzakirə olunub, müəllimlərə müvafiq təlimatlar verilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi