"Tarixi qələbə - Zəfər Günü" adlı nümunəvi sinif təşkilat saatları keçirilib

Noyabrın 7-də məktəbin 1 c sinif müəllimi Nairə Yakubova, 2 b Xuraman Hüseynova, 2 c Təranə Əliyeva, 2 d Təhminə Həsənova, 2 e Arifə Quliyeva və 3 e Türkan Əliyevanın təşkilatçılığı ilə “8 Noyabr-Zəfər Günü” nə həsr olunmuş "Tarixi qələbə - Zəfər Günü" mövzusunda nümunəvi sinif təşkilat saatları keçirilib.
Məqsəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqi, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsi, Vətən müharibəsində canlarından keçmiş Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və şagirdlərdə vətənpərvərlik hislərinin gücləndirilməsidir.
Dərslərdə qeyd olunub ki, 44 günlük Vətən müharibəsində uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Bu müharibə Azərbaycan xalqının, onun Liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi.