"Zəfərin mübarək, Azərbaycan!" mövzusunda nümunəvi dərs keçirilib
Noyabrın 6-da məktəbin 6 d sinif müəllimi Şirmayıxanım Səfərovanın təşkilatçılığı ilə “8 Noyabr-Zəfər Günü”nə həsr olunmuş "Zəfərin mübarək, Azərbaycan!" mövzusunda nümunəvi dərs keçirilib.
Məqsəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqi, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsi, Vətən müharibəsində canlarından keçmiş Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və şagirdlərdə vətənpərvərlik hislərinin gücləndirilməsidir.
Dərslərdə qeyd olunub ki, 44 günlük Vətən müharibəsində uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Bu müharibə Azərbaycan xalqının, onun Liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi.