I yarımil üzrə oxu sürəti texnikası yoxlanılıb

Məktəbin fəaliyyət planına uyğun olaraq ibtidai siniflər aylığı çərçivəsində oxu sürəti texnikası yoxlanılıb. Noyabrın 6-da təlim-tərbiyə işləri üzrə direktor müavini İlahə Fərmanlı iştirakı ilə ibtidai sinif şagirdlərinin I yarımil üzrə oxu sürəti texnikası yoxlanılıb.

Məqsəd şagirdlərdə mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu bacarıqlarının öyrənilməsi və qiymətləndirilməsi, nəticəsi zəif olan şagirdlərlə aparılacaq metodiki işin istiqamətlərini müəyyənləşdirməkdir.

Hər bir şagirdə bir dəqiqə vaxt ərzində oxuduğu sözlərin sayına görə qiymət verilib. Yoxlama yekunlaşdıqdan sonra nəticələr məktəb rəhbərliyi, metodbirləşmə rəhbərliyi və sinif müəllimlərinin iştirakı ilə müzakirə olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi