Şəhid məzunlarımızın anım günləri qeyd olunub
Noyabrın 5-də 76 nömrəli tam orta məktəbdə 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan məktəbin şəhid məzunları Eissavi Muhamməd Mazen oğlu və Şükürov Vüsal Zakir oğlunun anım günü qeyd olunub.
Məqsəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqi, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsi, Vətən müharibəsində canlarından keçmiş Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və şagirdlərdə vətənpərvərlik hislərinin gücləndirilməsidir.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Şəhidlərin xatirəsinə həsr edilmiş videoçarx nümayiş olunub.
Sonra məktəbin şagirdləri tərəfindən vətənpərvərlik ruhunda ədəbi-bədii kompozisiya təqdim olunub.
Tədbirdə şəhid ailələri, qazilər, iştirak etmişdir. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidlərin xatirəsinə həsr edilmiş videoçarx nümayiş olunub.
Məktəbin direktoru Şəfəq İbişova müəllimləri, sinif yoldaşları şəhidlərin keçdiyi ömür yolundan, məktəbin məzunu olmalarından qürurla söz açıb, təhsil illərində bacarıqlı şagird olduqlarını, yoldaşlarının və müəllim kollektivinin dərin hörmətlərini qazandıqlarını, igidliyləri ilə gənclərə örnək olduqlarını bildiriblər.