Buraxılış imtahanları ilə əlaqədar valideynlərlə görüş keçirilib
Noyabrın 5-də Fəaliyyət planına uyğun olaraq məktəb rəhbərliyi və 9-cu sinif valideynlərin iştirakı ilə iclas keçirilib.
Görüşdə əsas məqsəd təhsil prosesinə valideynlərin cəlb edilməsi, ictimaiyyət arasında maarifləndirmə işinin gücləndirilməsi və valideyn məsuliyyətinin artırılmasıdır.
İclası giriş sözü ilə açan məktəbin direktoru Şəfəq İbişova günün ən aktual məsələlərinə toxunub və qeyd edib ki, məktəblə valideyn əlaqəsi məktəblərin qarşısında mühüm vəzifələr qoyur. Direktor şagirdlərin məktəbdə nizam-intizam qaydalarına və davamiyyətə riayət etməsinin vacibliyindən danışıb.
Görüşdə qarşıdan gələn buraxılış imtahanına hazırlıq barədə məlumat verilib və valideyinlərlə birgə əməkdaşlığın vacibliyi vurğulanıb. Həmçinin buraxılış imtahanlarına hazırıqla bağlı valideynlərə tövsiyələr verilib.
Görüşdə valideynlərin fikirləri, rəy və təkliflər dinlənilib.