"Ekologiya aylığı" na həsr olunmuş təqdimat keçirilib
Noyabrın 4-də Azərbaycan Respublikasında 2024- cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı məktəbin Tədbirlər Planına uyğun olaraq 2 e sinif müəllimi Arifə Quliyevanın təşkilatçılığı ilə "Ekologiya aylığı" na həsr olunmuş təqdimat keçirilib. Şagirdlər ekologiyanın qorunması və COP29 mövzularına həsr olunan ekoloji problemlərin təsiri, iqlim dəyişikliyi və onu yavaşlatmaq üçün görülən tədbirləri izah etdilər.
Məqsəd müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, şagirdlərin ekoloji maarifləndirilməsi, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsidir.