"Hüquqlarımızı öyrənək" mövzusunda seminar keçirilib

         Oktyabrın 31-də məktəbin direktoru Şəfəq İbişovanın təşkilatçılığı ilə "Hüquqlarımızı öyrənək" mövzusunda seminar keçirilib.

         Tədbirin keçirilməsində əsas məqsəd BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü və 20 noyabr - Dünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.

        Direktor uşaq hüquqlarının qorunması, uşaqlara göstərilən diqqət və qayğı haqqında geniş məlumat verib. Azərbaycanda da uşaq hüquqlarının qorunması qanunvericiliklə tənzimləndiyini, uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların təhsil, səhiyyə hüquqlarının daha da təkmilləşdirilməsi ilə konkret tədbirlərin və dövlət proqramlarının gerçəkləşdirildiyini qeyd edilib. Bildirilib ki, artıq ölkəmizdə uşaqların sağlamlığının yaxşılaşdırılması, təlim-tərbiyəsinin düzgün təşkili, fiziki, əqli və intellektual-mənəvi inkişafı, eləcə də onların öz istedadlarını nümayiş etdirmələri üçün lazımi şərait mövcuddur.

        Şagirdlər çıxış edərək uşaqların hüquqları ilə bağlı fikirlərini bildiriblər. Suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi