"Təhlükəsiz informasiya axtarışı” adlı məşğələ keçirilib

30 oktyabr tarixində Reproduktiv sağlamlığa dair maarifləndirmə işlərinin davam etdirilməsi ilə bağlı təlimatın "Təhlükəsiz informasiya axtarışı" bölməsi üzrə məktəbin psixoloqu Yeganə Cabbarovanın rəhbərliyi ilə 9 a və 9 b sinflərində məşğələ keçirilib.

Məşğələnin keçirilməsində əsas məqsəd şagirdlər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, informasiya mənbələrindən düzgün istifadə qaydaları haqqında məlumat verməkdir.

İnformasiya kanalının əsas və etibarlı olmasının vacibliyini anlamaq məqsədilə məşğələdə "Kor və onun bələdçisi".

rollu oyunu keçirilib. Göz baglayıcı yaylıqlardan istifadə edilərək şagirdlər onlara təqdim olunan kağızlarda göstərilmiş şəkilləri, bələdçilik edərək "kor"rolunu oynayan şagirdə izah etməlidirlər. Şagirdlər cütlərə bölünərək oyunu nümayiş etdirdilər.

Sonda şagirdlərə refleksiya məqsədi ilə suallar verildi. Məşğələnin sonunda isə, şagirdlər hansı informasiya mənbələrinin daha etibarlı olmasını qiymətləndirdilər. Keçirilən məşğələdə, şagirdlərə hər hansı suala cavab axtaran zaman bu təcrübəni yada salmağı və informasiyanı düzgün almaq üçün mötəbər informasiya mənbələrinə müraciət etmələri tövsiyə olunub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi