Şagirdimiz QIZIL MEDAL qazanıb
Oktyabrın 25-də Elm və Təhsil Nazirliyi və COP29 Sədrliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının mükafatlandırma mərasimi keçirilib.
Festivalda yerli komandalarla yanaşı, Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Çexiya, Slovakiya, ABŞ və digər xarici ölkə komandaları da yarışırdılar.
Festivalın məqsədi ənənəvi olaraq STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılması ilə yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar STEAM əsaslı yanaşmanın tətbiqi vasitəsilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatları və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll yollarının, eləcə də layihələrin hazırlanmasını təşviq etmək olub.
Məktəbimizin 7 c sinif şagirdi Rəna Həsənli ən rəngarəng, maraqlı kateqoriyalarından biri olan "VidX-Kinematoqrafiya" kardonlar, plastik qaşıqlar, plastik dərman qapaqları və plastik paketlərdən istifadə olunmuş Festivalda iştirak etmiş, finalda komandalar arasında uğur qazanaraq I yer əldə etdiyinə görə qızıl medala layiq görülülmüşdür.