Şəhidimiz anım günündə yad olunub

Məktəbin Fəaliyyət planına uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği və ümumxalq hüzn günlərinə həsr olunmuş tədbirlərin keçirilməsi məqsədilə məktəb üzrə əmrlə Tədbirlər Planı hazırlanıb təsdiq edilmişdir.

          Tədbirlər planına uyğun olaraq Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsində doğma torpaqlarımızın hər qarışı uğrunda son damla qanınadək döyüşərək şəhidlik zirvəsində ucalan, Azərbaycan Respublikasına xidmətdə xüsusi qəhramanlıq göstərmiş 3-cü dərəcəli “Rəşadət”ordeni, “Vətən uğrunda” medalı, “Cəsur döyüşçü” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı, “Kəlbəcərin azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülən Şəhid Haşımov Fuad Ceyhun oğlunun xatirəsi 22-oktyabr tarixində 5 b sinif müəllimi Səbinə Ağayeva və 8 b sinif müəllimi Səadət Rəşidovanın təşkilatçılığı ilə Şəhidlər Xiyabanını ziyarət edilib, məzarı üzərinə tər güllər düzülüb.  

          Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi