18 Oktyabr – Müstəqilliyin bərpası gününə həsr olunmuş sinif təşkilat saatı keçirilib

Məktəbin 4 ç sinif müəllimi Tamilla Qayıbovanın təşkilatçılığı ilə- 18 Oktyabr Müstəqilliyin Bərpası Gününə həsr olunmuş sinif təşkilat saatı keçirilir.

Dərslərdə şagirdlər tərəfindən torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının ruhu yad edilir. Vətənpərvərlik mövzusunda keçirilən dərslərdə şagirdlər Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın azad olunması barədə fikirlərini bildirirlər. Məktəblilər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında üçrəngli bayrağımızın doğma Qarabağın hər bir guşəsində dalğalanmasından qürur duyduqlarını bildirir, "Qarabağ bizimdir, bizim olacaq!", "Şəhidlər ölməz, vətən bölünməz!", "Biz birlikdə güclüyük!", "Azərbaycanın güclü ordusu var!" "Qarabağ Azərbaycandır!" və digər bu kimi fikirləri ifadə edirlər.

Qeyd edək ki, dərslərdə əsas məqsədi uşaq və gənclərin milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi, vətənpərvər ruhda böyüməsi istiqamətində görülən işlərin davamlı təşkilinə nail olmaq, döyüşlərdə şəhid olanların xatirəsini ehtiramla yad etmək, Azərbaycan Ordusunun göstərdiyi şücaətə uşaq və gənclərin diqqətini cəlb etməkdən ibarətdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi