"Ekologiya aylığı" çərçivəsinə həsr olunmuş dəyirmi masa keçirilib

       Oktyabrın17-də Azərbaycan Respublikasında 2024- cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı məktəbin Tədbirlər Planına uyğun olaraq 8 a sinif müəllimi Zöhrə Dəmirovanın təşkilatçılığı ilə "Ekologiya aylığı" çərçivəsinə həsr olunmuş dəyirmi masa keçirilib. Müzakirə olunan mövzu Ekoloji çirklənmələr və bunun nəticələri idi. Mövzu ilə əlaqədar məlumat verən müəllimə ekoloji çirklənməyə aid şəkilləri nümayiş etdirib. Sonra şagirdlər mövzu ətrafında diskusiya aparıb.

        Məqsəd müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, şagirdlərin ekoloji maarifləndirilməsi, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi