"Ekologiya aylığı" na həsr olunmuş sinif təşkilat saatları keçirilib

Oktyabrın15-də Azərbaycan Respublikasında 2024- cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı məktəbin Tədbirlər Planına uyğun olaraq 4 c sinif müəllimi Gültəkin Qarayeva və 4 ç sinif müəllimi Tamilla Qayıbovanın təşkilatçılığı ilə "Ekologiya aylığı" na həsr olunmuş sinif təşkilat saatları keçirilib.
Məqsəd müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, şagirdlərin ekoloji maarifləndirilməsi, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsidir.