Şəhid Yusubov Elzar Süleyman oğlunun anım günü qeyd olunub

   Fəaliyyət planına uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği və ümumxalq hüzn günlərinə həsr olunmuş tədbirlərin keçirilməsi məqsədilə məktəb üzrə əmrlə Tədbirlər Planı hazırlanıb təsdiq edilmişdir.

   Tədbirlər planına uyğun olaraq Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsində doğma torpaqlarımızın hər qarışı uğrunda son damla qanınadək döyüşərək şəhidlik zirvəsində ucalan, “Vətən uğrunda”və "Füzulinin" azad olunmasına görə” medallarına layiq görülən Yusubov Elzar Süleyman oğlunun anım günü qeyd olunub. Məktəbimizin Şəhid məzunu Elzar Yusubovun abidəsi məktəb rəhbərliyi ilə birlikdə şəhidin adını daşıyan 3 c sinif müəllimi Samirə Əliyeva və 9 a sinif şagirdləri sinif müəllimi Əsmər Hacıyevanın rəhbərliyi ilə şəhidin məzarı və bulağı ziyarət olunub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi