Şəhidin anım gününə həsr olunmuş sinif təşkilat saatı keçirilib
Oktyabrın 10-da 76 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Təranə Əliyevanın təşkilatçılığı ilə 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, “Rəşadət” ordeninə, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medallarına layiq görülən 2 c sinifin adını daşıyan şəhid Quliyev Ramin Rizvan oğlunun anım gününə həsr olunmuş sinif təşkilat saatı keçirilib.
Məqsəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqi, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsi, Vətən müharibəsində canlarından keçmiş Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və şagirdlərdə vətənpərvərlik hislərinin gücləndirilməsidir.
Dövlət Himnimizin səsləndirilməsi ilə başlanan sinif saatında şəhidin keçdiyi həyat yolu haqqında məlumat verilib, döyüş yolunu əks etdirən videoçarx, məktəblilərin hazırladığı kompozisiya nümayişi olunub.