“Müxtəlif məxrəcli kəsirlərin müqayisəsi” mövzusunda nümunəvi dərs keçirilib
Məktəbin Fəaliyyət planına uyğun olaraq Riyaziyyat aylığı çərçivəsində oktyabrın 9-da Nərmin Xəlilovanın təşkilatçılığı ilə 6 b sinfində riyaziyyat fənni üzrə “Müxtəlif məxrəcli kəsirlərin müqayisəsi” mövzusunda nümunəvi dərs keçirilib.
Nümunəvi dərsin keçirilməsində məqsəd müvafiq fənn üzrə şagirdlərin bacarıqlarının daha da yüksəldilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqi və müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir.
Dərsdə müzakirə, beyin həmləsi kimi fəal təlim metodlarından, elektron resurslardan istifadə olunub. Şagirdlər kollektiv formada tapşırıqlar icra ediblər.
Nümunəvi dərsdə məktəb rəhbərliyi və müəllimlər iştirak edib. Dərs dinləyənlər tərəfindən qənaətbəxş hesab olunub.