"Reproduktiv sağlamlıq və Mən və mənim əhatəm" mövzusunda maarifləndirici seminar keçirilib

   07.10.2024-cü il tarixində "Reproduktiv sağlamlıq və Mən və mənim əhatəm" mövzusunda 8 və 9 -cu sinif şagirdləri üçün nəzərdə tutulmuş maarifləndirici seminar keçirilib.

   Reproduktiv sağlamlıq ilə əlaqədar olaraq şagirdlərlə məktəb psixoloqu Yeganə Cabbarova tərəfindən tərəfindən "Mən və mənim əhatəm" mövzusunda məşğələ keçirilib. Şagirdlərə dostluğun onlar üçün əhəmiyyəti barədə, dostluq və dostluğa verilən tələblər, yeniyetmə oğlanlar və qızlar arasında dostluq münasibətləri kimi suallar ünvanlanıb. Məşğələyə “mən kiməm?” fəaliyyəti ilə başlanılıb.

   Fəaliyyətin icrası zamanı hər bir şagird kağızlara ad soyadını yazdı daha sonra kağızlar qarışdırıldı və hər kəs birini seçərək kağızda adı yazılmış şagird haqqında suallar əsasında qısa xasiyyətnamə yazılıb. Məşğələ şagirdlər arasında böyük maraqla qarşılanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi