Məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb

      Oktyabrın 1-dən etibarən bütün ümumtəhsil müəssisələrində olduğu kimi 76 nömrəli tam orta məktəbdə də məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb.

      2024/2025-ci tədris ilində 0 a Leyla İbrahimova, 0 d Səbinə Aydəmirova və 0 e Aynur Şahbazovanın rəhbərlik etdiyi qruplarda 70 nəfər uşaq hazırlıq keçəcək. İlk gündə məktəbin direktoru Şəfəq İbişova sinif otaqlarına daxil olaraq ilk dəfə məktəb həyatına qədəm qoyan həyəcanlı balacalara uğurlar arzulayıb.

      Qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaqdır. Məktəbəhazırlıq qruplarında “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Ətraf aləmlə tanışlıq”,  “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir.  Bu qruplarda dərs ili iki yarımilə bölünür və məşğələlər mayın 31-də başa çatır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi