“Zəfərə gedən yol” mövzusunda xüsusi dərs keçirilib
27 sentyabr 2024-cü il tarixində 9 e sinif müəllimi Şirmayixanım Səfərovanın təşkilatçılığı ilə Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən şəhidlərimizin xatirəsinə - 27 sentyabr Anım Gününə həsr olunmuş “Zəfərə gedən yol” adlı xüsusi dərs keçirilib.
Məqsəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqi, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsi, Vətən müharibəsində canlarından keçmiş Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və şagirdlərdə vətənpərvərlik hislərinin gücləndirilməsidir.
Dərsdə Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra qeyd olunub ki, ötən ilin sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin bütün istiqamətlərdə Azərbaycanın dövlət sərhədini pozaraq hücuma keçməsi Vətən müharibəsinin başlaması və torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələndi. Azərbaycanın bu şərəfli missiyanın yerinə yetirməsi, tarixi qələbə Azərbaycanın güclü dövlət olması, güclü iqtisadiyyyata, güclü orduya malik olması, ən əsası xalqımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsi hesabına əldə edilib.