"Milli musiqi günü" nə həsr olunmuş sinif təşkilat saatları keçirilib
18 sentyabr- "Milli musiqi günü" münasibətilə 2 ç sinif müəllimi Afət Mustafayeva və Təhminə Həsənovanın təşkilatçılığı ilə sinif təşkilat saatları keçirilib. Dərs musiqisi Üzeyir Hacıbəyliyə məxsus olan Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Məqsəd şagirdlərə Azərbaycan musiqisinin tarixi, Milli Musiqi Günü, həmçinin dahi bəstəkar Üzeyir Hacıbəyli haqqında geniş məlumat vermək, onların musiqiyə olan marağını daha da artırmaqdan ibarətdir.
Sinif müəllimləri çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mədəniyyət və incəsənət sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, bu gün Azərbaycan musiqisi əsl çiçəklənmə dövrünü yaşayır. Ölkəmizdə davamlı olaraq keçirilən beynəlxalq musiqi festivalları, müxtəlif müsabiqələr bütövlükdə, Azərbaycan mədəniyyətinin, Azərbaycan musiqisinin daha geniş miqyasda təbliğinə xidmət edir. Təsadüfü deyil ki, hər il sentyabrın 18-də ölkəmizdə keçirilən Üzeyir Musiqi Günləri artıq ənənə halını alıb. Həmin gün ölkəmizin hər yerində bu münasibətlə müxtəlif tədbirlər keçirilir, bu tədbirlərə dünyanın məşhur sənət adamları qatılır.
Dərsdə, həmçinin, Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən fraqmentlər nümayiş olunub, bəstəkarın əsərlərindən ibarət musiqi parçaları dinlənilib.