İlk dərslər "Yaşıl Dünya Naminə Həmrəylik" mövzusunda keçirilib
Sentyabrın 16-da Azərbaycan Respublikasında 2024- cü ilin ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı məktəbin Tədbirlər Planına uyğun olaraq İlk dərslər "Yaşıl Dünya Naminə Həmrəylik" mövzusunda keçirildi.
Məqsəd müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, şagirdlərin ekoloji maarifləndirilməsi, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsidir.