"Bilik günü" tədbiri keçirilib

       Sentyabrın 16-da digər ümumi təhsil müəssisələrində olduğu kimi 76 nömrəli məktəbdə də  yeni dərs ilinə start verilib. "Bilik günü" münasibətilə tədbir keçirilib.

       Əvvəlcə Dövlət Himni səsləndirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Şəfəq İbişova, təlim- tərbiyə işləri üzrə  direktor müavinləri, İkinci Qarabağ müharibəsi şəhidi  Muhammad Eissavinin nənəsi Səbirə xanım və şəhid Elzar Yusubovun anası Günəş Yusubova vətənpərvərlik ruhunda çıxış edərək bu il məktəbə qədəm qoyan birincilərə öz xoş arzularını bildiriblər.

       Daha sonra birinci sinif şagirdlərinin çıxışları dinlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi