Pedaqoji şuranın ilk iclası keçirilib

            Sentyabrın 13-də 2024/2025-cü tədris ili üçün pedaqoji şuranın ilk iclası keçirilib. Pedaqoji şuranın sədri Şəfəq İbişova kollektiv üzvlərini yeni dərs ilinin başlanması münasibətilə təbrik edərək müzakirə ediləcək məsələlər haqda danışıb.

2023/2024-cü tədris ilinin yekunları və yeni tədris ilində pedaqoji kollektivin qarşısında duran vəzifələr, ötən tədris ilində III, IV, IX, XI siniflərdə keçirilmiş monitorinqlərin nəticəsi, IX və XI siniflərin buraxılış imtahanlarının nəticələri, RFO-nun nəticələri 2024/2025-cü tədris ili üçün məktəbin "Fəaliyyət Planı” nın müzakirəsi və təsdiqi, müəllimlərin dərs yükü, sinif rəhbərləri, metodbirləşmə rəhbərlərinin təyin edilməsi, daxili nizam-inzam qaydaları və tədbirlər planının müzakirəsi, şagirlərin dərsliklərlə təminatı və s. məsələlər müzakirə edilib. BŞTİ-nin 305F n-li əmrində göstərilən məsələlər kollektivin nəzərinə çatdırılıb. 16 sentyabrda keçiriləcək ilk dərsin mövzusu elan olunub.

İclasda Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı" üzrə Tədbirlər Planından irəli gələn vəzifələrlə bağlı müzakirələr də aparılıb. Rəy və təkliflər dinlənilib.

İclasın sonunda yubileyi olan müəllimlər fəxri fərman və hədiyyələrlə mükafatlandırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi