“Yay məktəbi"nin birinci mərhələsi başlanıb

        "Məktəblinin dostu" layihəsinin təşkilatçılığı ilə iyulun 1-də 76 nömrəli tam orta məktəbdə 5-6-cı sinif şagirdləri üçün “Yay məktəbi"nin birinci mərhələsi başlanıb.

          “Yay məktəbi”nin məqsədi məktəblilərin yay tətili dövründə onlara əyləncəli və öyrədici proqramlar təşkil etməklə zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsinə, asudə vaxtlarını səmərəli keçirmələrinə dəstək olmaqdan ibarətdir.
          “Yay məktəbi”nin proqramına əsasən burada şagirdlər üçün təlim, seminar və informativ sessiyalar, eyni zamanda müxtəlif idman yarışları, əyləncəli saatlar təşkil olunur.“Məktəblinin dostu” layihəsinin əməkdaşları “Yol hərəkəti qaydaları”, “İlkin tibbi yardım”, “Fövqəladə hallarda davranış qaydaları”, "Sosial şəbəkələrdən faydalı istifadə", ”İnternet təhlükəsizliyi”, “Düzgün danışıq və nitq bacarıqlarının həyatımızda rolu”, “Təbiəti qoruyaq”, “Heyvanlara qayğı”, “Təlimçi məktəbli” kimi mövzuları əhatə edən maarifləndirici təlimlər həyata keçirirlər.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi