Pedaqoji şuranın iclası keçirilib
Pedaqoji şuranın illik Fəaliyyət Planına uyğun olaraq 21 iyunda Pedaqoji Şuranın 2023-2024-cü tədris ilinin yekunlarına həsr olunmuş iclas keçirilib.
Pedaqoji Şuranın sədri müzakirə olunacaq məsələlər haqda danışıb. 2023-2024-cü tədris ilinin II yarımilinin nəticələri və illik yekunun, Fəaliyyət Planının həyata keçirilməsinin vəziyyəti, 2023-2024-cü tədris ilinin aprel, may və iyun aylarında, eləcə də, ilboyu müəllim və şagirdlərin nizam-intizam qaydaları və dərsə davamiyyətinin nəticələri, məktəb invertarlarının qorunmasının monitorinqinin nəticələri, I-VIII və X sinif şagirdlərinin sinifdən-sinifə keçirilməsi, eləcə də, IX və XI sinfi bitirmiş məzunların buraxılış imtahanlarına buraxılması, tədris ilinin sonunda dərsliklərin vəziyyəti və s. məsələlər müzakirə edilib.