"Son zəng" tədbiri keçirilib
İyunun 14-də məktəbdə "Son zəng" tədbiri keçirilib. Tədbir məktəbin illik Fəaliyyət Planına uyğun olaraq Məzunların doğma məktəblə vidaşması məqsədilə təşkil olunub.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsindən sonra məzunlar tədbir iştirakçılarının alqışları altında meydana daxil olublar. Bədii kompozisiya, şən mahnılar və çıxışlarla davam edən tədbirdə məktəb rəhbərliyi, müəllimlər və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsilin təşkili sektorunun aparıcı məsləhətçisi Əfqan İsgəndərov, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov, və məktəbimizin Şəhid məzununları Muhammad Eissavinin nənəsi və şəhid Elzar Yusubovun anası iştirak ediblər.
Məzunlarımız öz çıxışlarında məktəbə, müəllimlərə olan minnətdarlıq hislərini bildiriblər. Çıxış edənlər məzunlara xoş arzularını çatdıraraq gələcək fəaliyyətlərində onlara müvəffəqiyyətlər diləyiblər.