Valideyn iclası keçirilib
İyun ayının 13-də V sinif valideynləri ilə psixoloji söhbətlər aparılıb. İclasda məktə rəhərliyi, təlim-tərbiyə işləri üzrə direktor müavini, psixoloq iştirak edib.
Görüşdə əsas məqsəd təhsil prosesinə valideynlərin cəlb edilməsi, ictimaiyyət arasında maarifləndirmə işinin gücləndirilməsi və valideyn məsuliyyətinin artırılmasıdır.
İclası giriş sözü ilə açan məktəbin direktoru Şəfəq İbişova günün ən aktual məsələlərinə toxunub və qeyd edib ki, məktəblə valideyn əlaqəsi məktəblərin qarşısında mühüm vəzifələr qoyur. Direktor onu da bildirib ki, böyüməkdə olan gənc nəsil təhsil almalı, oxumalı, öyrənməli, savadlanmalıdır. Bu bizim uğurlu gələcəyimiz deməkdir. Uğurlu gələcəyin yaradıcısı isə müəllimdir.
Psixoloq Yeganə Cabbarova valideyn-məktəb, valideyin övlad, valideyn-müəllim münasibətləri ətrafında çıxış edib. Daha sonra təlim-tərbiyə işləri üzrə direktor müavin İlahə Fərmanlı valideynləri maraqlandıran suallara cavab verilib, müzakirələr aparılıb. Valideynlər belə psixoloji söhbətlərin vacib olduğunu və bunun davamlı olmasını arzuladıqlarını bildiriblər.