Siniflərə Şəhid adları verilir
İyunun 10-da 76 nömrəli tam orta məktəbdə tarix müəllimi Şirmayıxanım Səfərovanın təşkilatçılığı ilə 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, Azərbaycan Respublikasına xidmətdə xüsusi qəhramanlıq göstərmiş ölümündən sonra “Vətən uğrunda” medalı, "Füzulinin azad olunmasına görə" medallarına layiq görülən şəhid İlkin Quliyev Rəfail oğlunun xatirəsi anılıb, 5 d sinfinə şəhidin adı verilib.
Məqsəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqi, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsi, Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və şagirdlərdə vətənpərvərlik hisslərinin gücləndirilməsindən ibarətdir.
Tədbirdə məktəbin direktoru Şəfəq İbişova və digər qonaqlar çıxışlarında şəhidlərimzin gələcək nəsillər üçün örnək olduğunu vurğulayaraq Şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
Şəhidin valideyinləri çıxış edərək şəhid ailələrinə, qazilərimizə göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.Tədbirin keçirilməsinə görə məktəb rəhbərliyinə təşəkkür edib.