"İnsan hüquqları" mövzusunda tədbir keçirilib

İyunun 10-da Fəaliyyət planına uyğun olaraq məktəbin direktoru Şəfəq İbişovanın təşkilatçılığı ilə "İnsan hüquqları" mövzusunda tədbir keçirilib.
           Məqsəd təhsil müəssisələrinin pedaqoji və şagird kollektivinin insan hüquqları barədə məlumatlandırılması, aylıq çərçivəsində insan hüquqlarını, hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini təbliğ edən mövzulara aid tədbirlərin təşkil edilməsidir.
          Tədbirdə ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, ölkə Prezidentinin, habelə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın böyük diqqətindən söz açılaraq, insan hüquqlarının təmin olunmasına mühüm əhəmiyyət verildiyi barədə danışılıb, digər hüquqlarla yanaşı, uşaq hüquqlarının müdafiəsinə və təbliğinə yönəlmiş mühüm tədbirlərin həyata keçirildiyi, bu sahədə geniş miqyaslı işlərin görüldüyü haqqında məlumat verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi