"Yaşıl qələmlə çəkilmiş dünya" adlı ədəbi-bədii kompazisiya keçirilib
İyunun 5-də Azərbaycan Respublikasında 2024- cü ilin ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı məktəbin Tədbirlər Planına uyğun olaraq məktəbin ibtidai sinif müəllimi Samirə Əliyeva 2 c sinif şagirdləri ilə birlikdə "Yaşıl qələmlə çəkilmiş dünya" adlı ədəbi-bədii kompazisiya keçirilib.
Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak ediblər.
Məqsəd müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, şagirdlərin ekoloji maarifləndirilməsi, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsidir.
Yaşıl dünya naminə təşkil edilən tədbirdə şagirdlərin ifasında şeirlər söylənilib, səhnəciklər göstərilib, mahnilar və rəqslər ifa edilib.