IV siniflərdə Böyük Summativ qiymətləndirmənin keçirilməsi davam edir

             Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair təlimata və məktəbin illik Fəaliyyət Planına uyğun olaraq əldə edilmiş şagird nailiyyətlərinin qiymətləndirilməsi məqsədi ilə IV siniflərdə tədris dili, informatika və musiqi fənləri üzrə 2023/2024-cü tədris ilinin II yarımili üçün Böyük Summativ qiymətləndirmənin keçirilməsi davam edir..

Məlum olduğu kimi, Böyük summativ qiymətləndirmənin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir. Böyük summativ qiymətləndirmə vasitələri ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanır. Böyük summativ qiymətləndirmə məktəb rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllimlər tərəfindən aparılır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi