"Təhsilverənlərin etik davranış Qaydaları" haqqında məlumat verilib
İyunun 4-də məktəb rəhbərliyi və pedaqoji kollektivin iştirakı ilə görüş keçirilib.
Görüşdə direktor Şəfəq İbişova “Təhsilverənlərin etik davranış Qaydaları”nın təsdiq edilməsi və “Müəllimlərin etik davranış Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli 1/2 nömrəli Qərarının ləğv edilməsi haqqında kollektivi məlumatlandırıb. Kollektiv üzvləri sənədlə yaxından tanış olublar.