“Korrupsiyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib
İyunun 4-də məktəb rəhbərliyi və pedaqoji heyətin iştirakı ilə “Korrupsiyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib.
Məqsəd məktəblərin idarə edilməsində şəffaflığın və aşkarlığın artırılması, korrupsiyaya qarşı tədbirlərin sistemli və davamlı aparılması, korrupsiya halları ilə mübarizə nəticəsində cəmiyyət və məktəb, cəmiyyət və müəllim arasında sağlam münasibətlərin bərqərar olunmasıdır.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı" üzrə Tədbirlər Planından irəli gələn vəzifələrlə bağlı ətraflı məlumat verilib. Rəy və təkliflər dinlənilib.