Bakı Zooloji Parkında dərs-ekskursiya keçirilib

İyunun 1-də məktəbin rus dili müəllimi Aysel Əbilovanın təşkilatçılığı ilə 6 a sinif şagirdlərinin iştirakı ilə "Canlı aləm təbəqəsi" mövzusunda Bakı Zooloji Parkında dərs-ekskursiya keçirilib.
Dərs-ekskursiyaların təşkilində məqsəd şagirdləri canlılar aləmi ilə yaxından tanış etmək, onların mövzuları praktik öyrənməsini təmin etmək, dərsə marağını və Azərbaycanın flora və faunası barədə məlumatlılıq səviyyəsini artırmaqdan ibarətdir.
Dərs-ekskursiyanın gedişində dərsə dair tədqiqat sualı qoyulub, müvafiq tapşırıqlar verilib.
Açıq havada dərs-ekskursiyanın refleksiyası həyata keçirilib. Ekskursiyadan sonra tapşırıqlar verilib.