"1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü" nə həsr olunmuş tədbir keçirilib

Mayın 31-də musiqi müəllimi Mərcan Zeynalovanın təşkilatçılığı və şagirdlərinin iştirakı ilə "1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü" nə həsr olunmuş "Uşaqlar bizim gələcəyimizdir" adlı musiqili ədəbi - bədii kompazisiya keçirilib.
Tədbirdə məktəb rəhbərliyi, şəhid ailələri, müəllim və şagirdlər iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət himni ilə başlanan tədbirdə məktəb rəhbəri Şəfəq İbişova çıxış edərək ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, Ümummilli liderimiz Heydər Əliyevin məqsədyönlü siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, habelə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın böyük diqqətindən söz açaraq, uşaq hüquqlarının təmin olunmasına mühüm əhəmiyyət verildiyi barədə danışılıb, digər hüquqlarla yanaşı, uşaq hüquqlarının müdafiəsinə və təbliğinə yönəlmiş mühüm tədbirlərin həyata keçirildiyi haqqında məlumat verilib.
Daha sonra şagirdlərin çıxışları dinlənilib, vətənpərvərlik mövzusunda mahnılar, rəqslər ifa olunub.