Ekskursiya təşkil olunub
Məktəbin Fəaliyyət planına uyğun olaraq tətil günlərində mayın 28-də Fidan Hüseynovanın təşkilatçılığı ilə 6 ə sinif şagirdləri Qala Arxeloji Etnoqrafik muzeyə ekskursiya təşkil olunub.
Ekskursiyanın təşkilində əsas məqsəd şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tariximiz haqqında dolğun məlumatlar çatdırmaqdan ibarətdir.
Şagirdlər ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair unikal eksponatlarla, ölkənin tarixi keçmişini özündə yaşadan və müasir dinamik inkişafını təcəssüm etdirən tikililərin maketləri ilə tanış olublar.