28 may Müstəqillik Gününə həsr olunmuş xüsusi dərs keçirildi

      Mayın 27-də məktəbin tarix müəllimi Şirmayixanım Səfərova 5 d sinif şagirdlərinin iştirakı ilə 28 may Müstəqillik Gününə həsr olunmuş xüsusi dərs keçirildi.

       Məqsəd məktəbliləri milli-mənəvi dəyərlərə  hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini  yüksəltmək, müstəqillik illərində respublikamızın keçdiyi zəngin inkişaf  yolunda qazandığı parlaq nailiyyətləri  təbliğ etməkdən ibarətdir.

      Azərbaycan Respublikasının Dövlət himni ilə başlanan dərsdə çıxış edən sinif rəhbəri  Azərbaycan Respublikasının inkişaf etdiyini, müstəqillik qazandığımız ildə istər iqtisadi, istərsə də sosial sahədə irəlilədiyini vurğulayıb.     

      Daha sonra şagirdlərin çıxışları dinlənilib, vətənpərvərlik mövzusunda şeirlər söylənilib, çıxışlar  edilib, videoçarxlar  nümayiş olunub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi