Texnologiya, musiqi və təsviri incəsənət aylığı keçirilir

Məktəbin fəaliyyət planına uyğun olaraq texnologiya, musiqi və təsviri incəsənət aylığı elan olunmuşdur.

Aylıq çərçivəsində müvafiq tədbirlər planı hazırlanmış və məktəb rəhbərliyi tərəfindən icra üçün əmrləşdirilmişdir.

Aylığın tədbirlər planına uyğun olaraq mayın 27-də texnologiya müəllimi Aybəniz Hüseynovanın təşkilatçılığı ilə məktəbin 7 a və 8a sinif şagirdləri arasında qonaq süfrəsinin təşkili qaydası təkrarlanıb. Boşqabların, çəngəl, bıçaq və qaşığın qoyuluş qaydası tətbiq edilib,  qonaq süfrəsində salfetlərin qatlanma texnikası göstərilib. Şagirdlər qonaq üçün meyvə ,şirniyyat boşqabları hazırlayıblar. Sonda qruplar fəaliyyətlərinə və intizamlarına görə qiymətləndiririlib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi