Texnologiya, musiqi və təsviri incəsənət aylığı çərçivəsində əyləncəli viktorina keçirildi

Məktəbin illik fəaliyyət planının uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə fənn aylıqları keçirilməkdə davam edir.

 May ayı məktəbdə texnologiya, musiqi və təsviri incəsənət aylığı elan olunmuşdu. Aylıq çərçivəsində müxtəlif tədbirlərin və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu.

Mayın 22-də 7 ç, 7 d, və 7e  sinif şagirdlərinin iştirakı ilə təsviri incəsənət və texnologiyadan əyləncəli viktorina keçirildi.

Yarışda "Торнадо", "Ромашки" və "Звездочки" komandaları iştirak edib. Yarış üç turda keçirilib. Qalib komanda turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən edilib. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda 7 е sinfini təmsil edən “Звездочки” komandası qalib olub.

Qalib komanda məktəb rəhbərliyi tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi