"Əyləncəli yarış" keçirilib

Məktəbin fəaliyyət planına uyğun olaraq texnologiya, musiqi və təsviri incəsənət aylığı çərçivəsində mayın 21-də Zenfira Babayevanın təşkilatçılığı ilə 5 ç və 5 d sinif şagirdləri arasında "Əyləncəli yarış" keçirilib.

  Əyləncəli yarışının keçirilməsində məqsəd tədrisin keyfiyyətinin, şagirdlərin müvafiq fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması, şagirdlərin  elmə, maarifləndirici yarışlara marağının artırılması və yeni biliklər qazandırmaqdır.

  Yarışın əvvəlində Dövlət Himninin səsləndirilməsindən sonra yarışın şərtləri komandalara  izah edilib.

 Yarışda 5 ç və 5 d sinif komandaları iştirak edib. Yarış üç turda keçirilib. Texnologiya fənni üzrə suallar təqdim edilib. Qalib komanda turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən edilib. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda 5 d komandası qalib olub.

  Qalib komanda fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi