Ekskursiya təşkil olunub
Mayın 18-də məktəbin ibtidai sinif müəllimi Ülviyyə Əliyevanın təşkilatçılığı ilə 2 a sinif şagirdləri Şirvanşahlar sarayı, Tarix muzeyi, Kitab muzeyi, Xalça muzeyi, İçəri şəhər, Qız qalasının ekskursiyası təşkil olunub.
Ekskursiyanın təşkil olunmasında əsas məqsəd şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tarixi abidələrimiz haqqında dolğun məlumatları çatdırmaqdan ibarətdir.
Şagirdlər ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair unikal eksponatlarla, ölkənin tarixi keçmişini özündə yaşadan və müasir dinamik inkişafını təcəssüm etdirən tikililərin maketləri ilə tanış olublar.