IV siniflərdə "İmtahan həyəcanı” mövzusunda maarifləndirici söhbət aparılıb

        17 may 2024-cü il tarixində məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini İlahə Fərmanlı və UBTR Adilə Bağırzadənin rəhbərliyi ilə IV siniflərdə "İmtahan həyəcanı və onun aradan qaldırılması - imtahana psixoloji hazırlıq” mövzusunda maarifləndirici söhbət aparılıb.
         Məqsəd imtahan qabağı həyəcan, stress halları aşkarlanan şagirdlərə psixoloji dəstək göstərməkdən ibarətdir. Şagirdlərə imtahan öncəsi yarana biləcək psixoloji dəyişikliklər və imtahan prosesi ilə bağlı məlumat verilib. İmtahan həyəcanı hissinin təbii hal olduğunu, lakin normadan yüksək həyəcanın insanlarda gərginlik ,psixoloji stress yaradacağını və uğur qazanmalarına maneə olacağı da nəzərə çatdırılıb. 

        Sonda şagirdlərin mövzu barədə fikirləri dinlənilib və onlara uğurlar arzu edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi