III siniflər üzrə monitorinq keçirilib
Mayın 15-də 2024-cü il tarixdə BŞTİ tərəfindən III siniflərdə tədris dili, Azərbaycan dili, riyaziyyat və ingilis dili fənnləri üzrə monitorinq keçirilib.
Məqsəd III siniflərin Tədris dili, Riyaziyyat və İngilis dili fənlərindən əldə etdikləri şagirdlərin müvafiq fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılmasıdır.
Qeyd edək ki, monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi, şagirdlərin bu proqramlar üzrə materialları mənimsəməsi, onlarda müvafiq bacarıq və vərdişlərin formalaşdırılması məqsədi daşıyır.
Monitorinq yoxlamalarının nəticələri şagirdlərin tədris standartlarını necə və hansı səviyyədə mənimsədiyini, onların hansı mövzulardan və suallardan çətinlik çəkdiyini müəyyənləşdirməyə imkan verir.