Beynəlxalq Ailə Günü “ ilə əlaqədar “ Mənim ailəm” metodikası keçirildi
15 may 2024-cü ildə Məktəbin İllik Fəaliyyət Planına əsasən "Beynəlxalq Ailə Günü" ilə əlaqədar məktəbin psixoloqu Yeganə Cabbarovanın və UBR Adilə Bağırzadənin təşkilatçılığı ilə milli-mənəvi dəyərlərin və ailə dəyərlərinin qorunub saxlanılaraq gənc nəslə aşılanması, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, valideyn-uşaq münasibətlərinin tənzimlənməsi, sağlam həyat tərzinin aşılanması və formalaşması məqsədi ilə VIII sinif şagirdlərinin "Mənim ailəm" metodikası keçirilmişdir. Şagirdlər aile dəyərləri dedikdə nə nəzərdə tuturuq,ailə nədir,ailə münasibətləri necə olmalıdır, münasibətlərin düzgün olması üçün nə edilməlidir- kimi suallarla usaqlar arasında diskusiya aparıldı.